«Boeing» şirkətinin xalis mənfəəti 2,5 dəfə artıb

«Boeing» şirkətinin xalis mənfəəti 2,5 dəfə artıb
# 26 yanvar 2011 15:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il aerokosmik sənayesinin nəhəngi olan ABŞ-ın «Boeing» şirkətinin xalis mənfəəti 2009-cu ilə nisbətən 2,5 dəfə və ya 2 mlrd. ABŞ dolları artaraq 3,31 mlrd. dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, hesabat ilində şirkətin daxilolmaları 6% azalaraq 64,3 mlrd. dollar, vergidən öncəki mənfəəti isə 2,6 dəfə artaraq 4,51 mlrd. dollar təşkil edib.

Şirkətin proqnozlarına əsasən, 2011-ci ildə gəlir 68-71 mlrd. dollar təşkil edəcək. Buna paralel olaraq bu il «Boeing» 485-500 ədəd sərnişin təyyarəsi satmaq niyyətindədir.

Qeyd edək ki, «Boeing» şirkəti raket daşıyıcıları, telekommunikasiya sputnikları, mülki və hərbi təyyarələrin istehsalı ilə məşğuldur. Korporasiya dünyanın 145 ölkəsində sifarişçilərə xidmət göstərir. Hazırda dünyada şirkətin 12 mindən artıq sərnişin təyyarəsi istismar olunur ki, bu da dünya aviaparkının 75%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR