Azərbaycan paytaxtında yeni tikililərin 80%-də sonuncu mərtəbələrdəki mənzilləri bir hissəsi hələ də satılmayıb

Azərbaycan paytaxtında yeni tikililərin 80%-də sonuncu mərtəbələrdəki mənzilləri bir hissəsi hələ də satılmayıb
# 27 yanvar 2011 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı şəhərinin ilkin mənzil bazarında bünövrəsi qoyulan yaşayış binalarının sayı 26 ədəd təşkil edib.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, yeni adla bazara daxil olan tikinti şirkətlərinin sayı il ərzində 5 ədəd artaraq 155-ə çatıb, bu da 2009-cu illə müqayisədə 36,8% çoxdur: «Bu rəqəm fərdi sahibkarlar, xarici investorlar tərəfindən daşınmaz əmlak bazarının bu seqmentinə olan marağının yenidən canlanmasından xəbər verir. «Qara şəhər»in yerində (hələ 2007-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilən) 10 yaşayış kvartalının inşası nəzərdə tutulan «Ağ şəhər» layihəsinə start verilməsi, Suraxanı rayonu ərazisində «Dədə Qorqud» yaşayış massivinin salınması, Koreyanın «Azkor» şirkəti tərəfindən 4 ədəd 46-55 mərtəbəli hündürmərtəbələrin tikilməsi işlərinə başlanma və s. bunlardan bir neçəsidir».

Birlikdən qeyd ediblər ki, artıq fərdi layihələrin həyata keçirilməsi ənənəsi daha çox kompleks yaşayış massivlərinin tikilməsi ilə əvəzlənir. Dövlətin inzibati müdaxiləsindən və bazarın tələblərindən asılı olaraq tədricən hündürmətəbəli (12 və daha çox) binaların tikintisi arxitektur görünüşü ilə Bakı şəhərinin memarlıq üslübuna uyğun, 7 və daha az mərtəbəli binaların tikintisi ilə yenilənir: «Lakin ilkin bazarda aktivlik hələ də orta həddən aşağı qalmaqdadır. Bunun əsas səbəbləri təklifin tələbi üstələməsi nəticəsində alıcı qıtlığının yaranması, qiymətlərin hələ də yüksək həddə olması nəticəsində əhalinin daha çox paytaxt kənarı (Abşeron, Xırdalan) mənzillərə üstünlük verməsi, sənədləşməyən binaların ipotekaya cəlb edilməməsi, sənədləşmə və kommunal xidmətlərin yaratdığı problemlər ucbatından yeni tikililərə olan etimadın azalmasıdır».

Belə bir tendensiya nəticəsində ötən il ərzində mənzilləri tam satılaraq siyahıdan çıxan binaların sayı 9 ədəd olub. Hazırda yeni tikililərin 80%-də hələ də əsasən sonuncu mərtəbələrin satıla bilməməsi onların bazardan çıxmasına mane olur.

Bakıda formalaşan qiymətlər 2010-cu il ərzində də yüksək mövqedə qalıb: «Qiymətləri real və qeyri-real olmaqla iki qrupa bölmək düzgün olar. Birinci qrupa texniki göstəriciləri heç də pis olmayan, bazarın tələblərinə cavab verən və qiymətləri potensial alıcının alıcılıq qabiliyyətinə hesablanmış mənzillər, ikinci qrupa isə gələcəkdə bazarda qiymətlərin artacağını ehtimal edərək əvvəlcədən şişirdilmiş qiymətlərlə bazara daxil olan mənzillər daxildir. Hazırda müşahidə edilən nisbi qiymət azalması da, məhz həmin binalarda müşahidə edilməkdədir».

İB-dən həmçinin bildirilib ki, 2010-cu ilin dekabr ayında qiymətlərin daha 1,6% azalması nəticəsində il ərzində orta qiymət göstəricisi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalıb. Rübün əvvəlki ilə fərq nisbətində isə azalma 1,9% təşkil edib: «İlin sonuna doğru davam edən bu qiymət azalması, qeyd etdiyimiz kimi, süni şişirdilmiş qiymətlərin tədricən köpünün yatması, son mərtəbələrdə qalan mənzillərin dəyər-dəyməzinə satılması, həm də yeni ilə yaxın keçirilən kampaniyalarla bağlı olub. Alıcı qıtlığının hökm sürdüyü ötən il ərzində kredit yolu ilə alqı-satqı həyata keçirən şirkətlərin sayı 80%-ə yaxınlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR