Dövlət Neft Fondu: Bakı-Tiflis-Qars layihəsi bahalaşır

Dövlət Neft Fondu: Bakı-Tiflis-Qars layihəsi bahalaşır
# 27 yanvar 2011 14:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi üzrə layihə bahalaşır.

«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ş.Mövsümovun sözlərinə görə, hazırda kreditin məbləğinin və bununla bağlı olaraq yeni şərtlərin, faiz dərəcələrinin artması məsələsi artıq gündəlikdədir.

Xatırladaq ki, Azərbaycan hökuməti sözügedən layihə çərçivəsində ARDNF-nin vəsaitləri hesabına Gürcüstana kredit xətti ayırıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, dəmir yolunun tikintisində vəsait artımı və eyni zamanda Azərbaycanın verdiyi kreditin faizinin artırılması nəzərdə tutulub. Bu barədə artıq Gürcüstan tərəfi ilə razılıq əldə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR