Azərbaycan Dövlət Gömrük Komitəsi Əməliyyat Mərkəzinin açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Gömrük Komitəsi Əməliyyat Mərkəzinin açılış mərasimi keçirilib
# 28 yanvar 2011 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat Mərkəzinin açılış mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, DGK-nın Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayevin sözlərinə əsasən, Mərkəz İKT əsasında qurulub və ölkə ərazisində hərəkət edən gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə nəzarətini həyata keçirir: «Burada video-müşahidə vasitəsilə avtomobil, hava, dəmir və dəniz nəqliyyatı ilə ölkəyə daxil olan yüklərə, o cümlədən yüklərin rəsmiləşdirilməsinə nəzarət olunur. Bununla yanaşı, ölkəyə daxil olan bütün nəqliyyat vasitələri burada qeydiyyata alınır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR