Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin 4 işçisi yol verdiyi nöqsanlara görə işdən azad edilib

Komitədən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə» prezident sərəncamının icrasını təmin etmək məqsədilə Komitə üzrə 2010-cu il üçün Tədbirlər Planı təsdiq edilib.
Milli Strategiyanın icrası ilə bağlı komitə tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və şəffaflığın daha da artırılması sahəsində 2010-cu ildə müvafiq tədbirlər görülüb. Belə ki, komitədə vətəndaş müraciətlərinə baxılmasının sürətləndirilməsi, operativ sənəd mübadiləsinin təşkili, sənədlərlə işin keyfiyyətinin, sürətinin və icra fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) qurulub. Bu sistem artıq 2011-ci ilin yanvar ayının ilk günlərindən istifadəyə verilib. Eyni zamanda komitənin və qurumların rəsmi internet səhifələri vasitəsilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbul edilməsi imkanları da yaradılıb.
Komitədə dövlət qulluğuna qəbul və vakant vəzifələrin tutulması üçün 2010-cu ildə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə 1 müsabiqə və 1 müsahibə təşkil edilib. Nəticələrə əsasən müvafiq vəzifələrə işçilər qəbul edilib. Daha 1 müsahibə elan edilib, nəticəsi isə hələlik açıqlanmayıb.
Bundan başqa, fəaliyyət proseslərində yol verdikləri nöqsanlara görə 2010-cu il ərzində 40-a yaxın komitə əməkdaşına müxtəlif intizam tənbeh tədbirləri görülmüş, 4 nəfər işdən azad edilib.
2010-cu ildə keçirilmiş ixtisaslaşdırılmış çek hərraclarında vətəndaşların tam bərabərhüquqlu iştirakı, hərraclarda şəffaflığın daha da artırılması istiqamətində zəruri tədbirlər görülür. Belə ki, özəlləşdirmədə maarifləndirmə tədbirlərini nəzərdə tutan, hüquq və vəzifələrin izah olunması, dövlət əmlakının satışı üzrə keçirilən hərraclarda şəffaflığın təmin olunması məqsədilə komitənin internet saytında hərraclara dair operativ şəkildə məlumat əldə edilməsinə şərait yaradılıb.
Şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət əmlakının özəlləşdirilməsi prosesinə cəlb edilmiş «Ernst & Young», «Finre Consulting», «REC-İnvest», «Metrika», «ASPİ» və «BLCC» beynəlxalq məsləhətçi şirkətlərlə aparılan işlər ötən il də davam etdirilib.
İnfrastruktur

Azərbaycanda taksi istifadəçilərinin sayı cüzi azalıb

Bakıda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

Sabah Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Xəbər Lenti
Niger çayında bərə qəzaya uğrayıb, 37 nəfər boğulub
Mərakeş Suriyada səfirliyini yenidən açacaq
İsrail Qəzzanın şimal və cənubunda genişmiqyaslı quru əməliyyatına başladığını elan edib
Vatikan Papa XIV Leo ilə Zelenskinin görüşünü elan edib
“Fənərbaxça”da fövqəladə qurultay təyin olunub
Nabranda yanğın olub
Hikmət Hacıyev: Azərbaycan İranla əməkdaşlığı dəstəkləyir
Lev Yaşin tarixin ən yaxşı qapıçısı seçilib
Egey və Aralıq dənizində ard-arda zəlzələ baş verib
Prezident İlham Əliyevin nəvəsi kunq-fu üzrə dünya çempionu olub
Prezidentin köməkçisi: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır” - VİDEO
Hikmət Hacıyev: "Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib”
Deputat: Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir mərhələ başladı
Samuxda 70 yaşlı qadını inək vurub, vəziyyəti ağırdır
Hindistanda yanğın baş verib, altısı uşaq olmaqla, azı 17 nəfər ölüb
Abbas Əraqçi: “Tehran nüvə silahı istehsal etməyi planlaşdırmır”
Ukrayna Silahlı Qüvvələrinin generalı: “Putin Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir”
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pakistan Ordusunun sözçüsü: "Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik" - VİDEO
Belçika Ukraynaya nəhəng yardım paketi təqdim edəcək - SİYAHI
Roma Papası XIV Leo vəzifəsinin icrasına başlayıb - VİDEO - YENİLƏNİB
Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib
Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir
Şabranda iki nəfərin öldüyü yol qəzasının detalları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB
Bu gün Qəzzada 96 nəfər ölüb, 140-dan çox insan yaralanıb
Moskva ətrafında baş verən yanğında üç nəfər həlak olub
Bu gün Krım tatarlarının sürgününün 81-ci ili tamam olur
Hikmət Hacıyev İrana səfər edib - FOTO
Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Putin: "Xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülh olmalıdır" - YENİLƏNİB
Gəncədə 40 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Beyləqanda avtomobil rəmzi giriş qapısına çırpılıb, 4 nəfər yaralanıb
Bakıda çay evində yanğın olub
KİV: Hindistan və Pakistan arasında atəşkəs rejimi qüvvədə qalır
Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO
KİV: Qəzzanın cənubunda HAMAS lideri Mühəmməd Sinvarın meyiti tapılıb
Husilər Ben-Qurion hava limanına raket zərbələri endirib
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib
Hindistan mühərrik problemi səbəbilə peyk daşıyan raketi kosmosa göndərə bilmədi
Nyu-Yorkda hərbi gəmi Bruklin körpüsünə çırpılıb, 2 nəfər ölüb, 17 nəfər yaralanıb - VİDEO
“Zəngilan” və “Şayıflı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
“Al Jazeera”: İsrailin Qəzzaya yeni zərbələri nəticəsində azı 78 nəfər ölüb
Polşada prezident seçkiləri keçirilr
Rumıniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb
Argentinada daşqınlar səbəbindən 7 mindən çox sakin təxliyə olunub
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Bruklin körpüsünə çırpılıb
Almaniya və ABŞ Avropada "Patriot" və "HIMARS" üçün raketlərin istehsalına başlayacaq
Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur