Azərbaycanın nəqliyyat naziri nəqliyyat sahəsində bəzi qurumların fəaliyyətindən narazı qalıb

Azərbaycanın nəqliyyat naziri nəqliyyat sahəsində bəzi qurumların fəaliyyətindən narazı qalıb
# 29 yanvar 2011 08:22 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki, son illərdə Azərbaycan bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Z. Məmmədov 2010-cu il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb, 2010-cu ilin yekunları və 2011-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib.

Kollegiya islasının gedişində «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərovun, «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanovun, «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran Z.Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2010-cu ilin yekunlarını qənaətbəxş hesab edib.

O, qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.

Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR