Misirdən azərbaycanlıları evakuasiya edən təyyarə Bakıya çatıb

Misirdən azərbaycanlıları evakuasiya edən təyyarə Bakıya çatıb
# 31 yanvar 2011 07:22 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, Qahirədən Bakıya azərbaycanlıları evakuasiya edən AZAL-ın «Airbus-329» tipli avialayneri bu gecə saat 03:29-da Azərbaycan paytaxtına enib: «Bu təyyarə ilə Azərbaycana 105 soydaşımız və 1 nəfər Qahirədəki iğtişaşlar zamanı həlak olan Azərbaycanın Misirdəki səfirliyinin işçisinin (Nicat Qocayev) cənazəsi gətirilib».

M.Səfərli onu da bildirib ki, Misirdən Azərbaycana evakuasiya olunan insanların əksəriyyəti orada təhsil alan tələbələr, diplomatik korpusun işçiləri, iş adamları, Misirdə leqal və ya qeyri-leqal yaşayan azərbaycanlılar olub. Misirdəki bütün azərbaycanlılar evakuasiya olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR