“Ford”un xalis mənfəəti son 10 ildə rekord həddə çatıb

“Ford”un xalis mənfəəti son 10 ildə rekord həddə çatıb
# 31 yanvar 2011 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın məşhur avtomobil istehsalçısı olan “Ford” şirkətinin xalis mənfəəti iki dəfədən çox artaraq 6,6 mlrd. dollar (bir səhm üzrə divident 1,66 dollar) təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, bir il əvvəl bu göstərici 2,7 mlrd. dollar (bir səhm üzrə divident 0,86 dollar) olub.

Hesabat dövründə şirkətin gəlirləri 4% artaraq 116,3 mlrd. dollardan 120,9 mlrd. dollara yüksəlib. Satış həcmində isə 9,2% artım (4,86 mln. ədəddən 5,3 mlrd. ədədə qədər) qeydə alınıb.

“Ford”un prezidenti Alan Mülalli bildirib ki, xalis mənfəət üzrə 2010-cu ilin göstəricisi son 10 ildə rekord göstərici sayılır. Maraqlıdır ki, ötən ilin IV rübündə şirkətin xalis mənfəəti kəskin şəkildə (80%) azalaraq 190 mln. dollar (bir səhm üzrə divident 0,05 dollar) təşkil edib. Bir il əvvəl bu göstərici 886 mlrd. dollar (bir səhm üzrə divident 0,25 dollar) olub. Bu dövrdə azalma gəlirdən də yan keçməyib və 6,5% azalaraq 34,8 mlrd. dollardan 32,5 mlrd. dollara enib. Şirkət son rübdəki kəskin azalmanı borcun restrukturizasiyası və nəticədə 1 mlrd. dolların ödənilməsi ilə əlaqədar olduğunu bəyan edib.

Qeyd edək ki, 1903-cü ildə əsası qoyulan “Ford” şirkəti “Ford” və “Lİncoln” markalı avtomobillər istehsal edir. Şirkətdə 163 min nəfər çalışır. Qlobal iqtisadi böhran dövründə “Ford” rəqibləri “General Motors” və “Chrysler”dən fərqli olaraq, ABŞ hökumətindən yardım istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR