Azərbaycanda ötən il daşınmaz əmlak və tikinti üzrə kassa dövriyyəsi 3,5 mlrd. dollara çatıb

Azərbaycanda ötən il daşınmaz əmlak və tikinti üzrə kassa dövriyyəsi 3,5 mlrd. dollara çatıb
# 31 yanvar 2011 12:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda daşınmaz əmlak və tikinti müəssisələri ilə ümumilikdə 2,815 mlrd. manat və ya 3,5 mlrd. dollar həcmində əməliyyat aparılıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə ölkədə əmlak alqı-satqısı ilə əlaqədar notarial kontorların hesablarından 924,868 mln. manat həcmində vəsait keçib ki, bu da ölkə üzrə ümumi kassa dövriyyəsiinin 4,39%-ni təşkil edir.

Tikinti müəssisələri və kooperativlər üzrə əməliyyatların həcmi daha yüksək olub. AMB-nin məlumatına görə, ötən il tikinti müəssisələri və kooperativlər üzrə kassa dövriyyəsi 1 890,319 mln. manat olub ki, bu da ümumi məxaricin 8,97%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR