Lerikdə su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması layihəsi təqdim olunub

Lerikdə su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması layihəsi təqdim olunub
# 31 yanvar 2011 14:59 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması nəzərdə tutulub.

Lerik rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, Dövlət Proqramının icrası ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) Dünya Bankı ilə birlikdə respublikanın 12 rayonunda, o cümlədən Lerik rayonunda bu istiqamətdə işlərə başlayıb. İlkin layihə-smeta sənədləri, suyun mənbəyi və keçəcəyi marşrut müəyyənləşdirilib, şəhər daxili xətlərin tikintisi, su tutarların qurulması, kanalizasiya sisteminin yaradılması ilə bağlı bütün texniki məsələlər öz həllini tapıb.

“Azərbaycan İkinci Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı Lerik rayonunda ictimaiyyətlə məsləhətləşmələr üzrə geniş yığıncaq keçirilib. Dünya Bankının eksperti Əbdürrəhim Tanın iştirakı ilə keçirilən tədbirdə layihənin təqdimatı, onun texniki əhatə dairəsi və icrası dövründə ətraf mühitə təsirləri geniş müzakirə olunub.

Sonda rayon ictimaiyyətinin nümayəndələrini maraqlandıran suallara cavab verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR