Azərbaycan və İran Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi ilə bağlı birgə müəssisə yaradacaq

Azərbaycan və İran Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi ilə bağlı birgə müəssisə yaradacaq
# 31 yanvar 2011 15:38 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən «APA-Economics»ə verilən məlumata görə, iki gün çəkəcək tədbirdə «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi ilə bağlı birgə müəssisənin təsis edilməsi, tikintinin layihələndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycanı «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirin sonunda yekun sənədlərin imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR