“Samsung” məişət texnikasının satışından 30 mlrd. dollar mənfəət əldə etməyi planlaşdırır

“Samsung” məişət texnikasının satışından 30 mlrd. dollar mənfəət əldə etməyi planlaşdırır
# 31 yanvar 2011 15:55 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Koreyanın “Samsung Electronics” 2015-ci ilədək məişət texnikasının satışından 30 mlrd. dollar mənfəət əldə etməyi və dünya bazarının 10%-ni tutmağı planlaşdırır.

APA-Economics”in xəbərinə görə, bu barədə “Samsung”un məişət texnikası bölməsinin rəhbəri Honq Çenq Van bildirib.

Şirkətin birinci vitse-prezidenti Park Ce San isə deyib ki, 2010-cu ilin IV rübündə inkişaf etmiş ölkələrin məişət texnikası bazarında enmə müşahidə olunub: “Cari ildə isə bu ölkələrdə 5-8% artım gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR