«Porsche» ucuz krossover istehsal edəcək

«Porsche» ucuz krossover istehsal edəcək
# 02 fevral 2011 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniyanın «Porsche» avtomobil şirkəti ağır yol şəraiti üçün nəzərdə tutulmuş ucuz modelin istehsalına hazırlaşır.

«APA-Economics»in məlumatına görə, ümumiyyətlə, «Porsche» avtokonserni 2018-ci ildə hər il 200 min avtomobil satmaq məqsədini qarşısına qoyub.

Yeni modelin istehsalı bu məqsədə nail olmağa imkan verəcək. Belə ki, proqnozlara əsasən, «Porsche Cajun» adını daşıyacaq yeni model ucuz və «Porsche»nin ən çox satılan modellərindən olacaq.

İdman üslubunda yığılacaq yeni modelin artıq ilk şəkilləri də dərc olunub. Üçqapılı krossover «Porsche Cayenne» modelindən bir qədər balaca olacaq.

«Porsche Cajun» iki növ benzin, iki növ dizel və bir növ hibrid mühərriklərlə təchiz olunacaq. «Cajun»un təchiz olunacaq ən sadə mühərriki 2 litr (190 at gücü) təşkil edəcək.

Artıq 2014-cü ildə satışa çıxarılacaq yeni model «Mercedes GLK», «BMW X3» və «Land Rover Evoque» kimi modellərlə rəqabət aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR