Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində korrupsiyaya qarşı mübarizə üzrə komissiya və “qaynar xətt” yaradılıb

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində korrupsiyaya qarşı mübarizə üzrə komissiya və “qaynar xətt” yaradılıb
# 07 fevral 2011 08:47 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, komitədə korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradılıb və “qaynar xətt” fəaliyyət göstərir: “Vətəndaşlar üzləşdikləri neqativ hallarla bağlı həm komissiyaya, həm də “qaynar xətt”ə müraciət edə bilərlər. Məqsədimiz korrupsiya və özbaşınalığa səbəb olan amilləri kəsməkdir”.

Bu sahədə nailiyyətlərdən söz açan Q.Məmmədov qeyd edib ki, ötən illər ərzində bələdiyyələrin özbaşına torpaq satmasına son qoyulmasına nail olublar: “Bilirsiniz ki, artıq torpaqlar hərraclarda satılır. Neqativ hallarla bağlı topladığımız məlumatları müvafiq qurumlara təqdim edirik, hüquqi qiyməti onlar qiymət verir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR