Azərbaycana «Nissan» avtomobilinin yeni modeli gətirilib

Azərbaycana «Nissan» avtomobilinin yeni modeli gətirilib
# 08 fevral 2011 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Nissan» avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan «Nurgun Motors» şirkəti ölkəyə yeni «Nissan Micra» avtomobil modelini idxal edib.

«Nurgun Motors» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni model 1,2 litrlik (76 at gücü) benzin mühərriki ilə təchiz olunub: «Yeni «Micra»nın satış qiyməti 12 290-12 990 manat civarındadır ki, bu qiymət fərqi modelin xarici görünüşündə olan müxtəliflikdən irəli gəlir».

Bundan başqa, şirkət 2011-ci ilin sonunda «X-Trail» modelinin yenilənmiş versiyasını Azərbaycana gətirməyi barədə düşünür. Bu modelin ilk öncə Avropa, o cümlədən Rusiya bazarına çıxarılması planlaşdırılır.

Xatırladaq ki, «Nurgun Motors» şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 2 satış və 1 servis mərkəzi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR