«Azərpoçt» rəhbərliyi regionlarda vətəndaşlarla görüşlər keçirir

«Azərpoçt» rəhbərliyi regionlarda vətəndaşlarla görüşlər keçirir
# 15 fevral 2011 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin rəhbərliyi tərəfindən ölkənin regionlarında vətəndaşların irad və təkliflərini dinləmək məqsədilə «səyyar qəbul»lar təşkil olunur.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq ötən gün «səyyar qəbul» Ağcabədi rayonunda keçirilib. Bu gün isə vətəndaşların problemlərinin araşdırılması üçün «Azərpoçt» rəhbərliyi Bərdə və Mingəçevirdə, fevralın 16-da isə Yevlaxda bu cür qəbulların təşkilini planlaşdırır.

Qəbullarda rayon poçt filialları və şöbələrinin rəisləri də iştirak edirlər.

Əhalinin poçt sahəsində olan suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində köməklik göstərməsi, eləcə də digər lazımi tədbirlərin görülməsi məqsədi daşıyan «səyyar qəbul»lar «Azərpoçt» tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR