Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının toplantısı keçirilir

Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının toplantısı keçirilir
# 15 fevral 2011 09:26 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, fevralın 18-dək davam edəcək toplantıda «2011-2012-ci illər üçün beynəlxalq istiqamətdə yük qatarlarının və konteynerli vaqonların tərtibi məsələləri» müzakirə olunacaq.

Toplantının açılış mərasimində çıxış edən «Azərbaycan Dəmir Yolları» QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov Azərbaycan dəmr younun hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. O, «Şimal-Cənub» və Bakı-Tiflis-Qars beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması layihələrinin reallaşması istiqamətində həyata keçirilən işlər haqqında danışıb.

Sonra MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının hərəkət heyətinin istismarı işinin əlaqələndirilməsi Departamentinin rəhbəri Aleksandr Mişuranın sədrliyi ilə müzakirələr aparılıb.

Rusiya, Litva, Estoniya, Latviya, Belarus, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Ukrayna dəmiryolçularının qatıldığı tədbirin sonunda müvafiq protokol imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR