ABŞ-da avtomobillərin satışı 27% artıb

ABŞ-da avtomobillərin satışı 27% artıb
# 02 mart 2011 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da minik avtomobillərinin satışı cari ilin fevral ayında 27% artaraq 13 mln. 400 min ədəd təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu, 2009-cu ilin avqust ayından bəri ən yüksək göstəricidir.

Avtomobillərin satış həcminə görə liderlik “General Motors” (GM) korporasiyasına məxsusdur. GM-in avtomobillərinin satışı 46% artıb. İkinci yerdə “Toyota” (42%), üçüncü yerdə “Nissan” (32%) gəlir.

Hesabat dövründə “Honda” avtomobillərinin satışını 22%, “Ford” 14%, “Chrysler Group” isə 13% artıra bilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR