Dağıstanda dəmir yolu xəttində partlayış törədilib

Dağıstanda dəmir yolu xəttində partlayış törədilib
# 10 mart 2011 07:39 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə saat 07:20-də Şamxal stansiyasında qeydə alınıb.

Partlayıcı qurğu 70-75 vaqondan ibarət yük qatarının elektrovozunun altında işə salınıb. İlkin məlumata görə, ölən və yaralanan yoxdur, vaqonlar relsdən çıxmayıb.

Dəmir yolunun partlayış baş verən hissəsində hərəkət müvəqqəti olaraq dayandırılıb. Hadisə yerinə təmir briqadaları göndərilib. Minaaxtaranlar hadisə yerinə baxış keçirdikdən sonra bərpa işlərinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR