Azərbaycanda martın 20-dən qatarların hərəkət cədvəli dəyişəcək

Azərbaycanda martın 20-dən qatarların hərəkət cədvəli dəyişəcək
# 10 mart 2011 08:28 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yollari» QSC-dən məlumat verilib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədrinin müvafiq əmrinə əsasən, bəzi mənzil və sahələrdə qatarların hərəkət sürətinin dəyişdirilməsi ilə əlaqədar olaraq Bakı-Ağstafa-Bakı firma qatarı saat 23:05-də Bakıdan yola düşəcək, saat 10:20-də Ağstafaya çatacaq, saat 19:50-də Ağstafadan yola düşəcək və saat 08:30-da Bakıya çatacaq.

Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı saat 22:15-də Bakıdan yola düşəcək, saat 07:35-də Köçərliyə, saat 11:05-də Balakənə çatacaq, saat 18:30-da Balakəndən, saat 21:40-da Köçərlidən yola düşəcək, saat 07:51-də Bakıya çatacaq.

Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı saat 23:55-də Bakıdan yola düşəcək, saat 08:25-də Horadizə, saat 09:45-də Astaraya çatacaq, saat 19:50-də Astaradan, saat 21:15-də Horadizdən yola düşəcək, saat 06:44-də Bakıya çatacaq.

Bakı-Qazax-Böyük Kəsik-Bakı sərnişin qatarı saat 22:35-də Bakıdan yola düşəcək, saat 12:35-də Qazaxa, saat 13:10-də Böyük Kəsiyə çatacaq. Saat 18:40-da qatar Böyük Kəsikdən, saat 19:40-da Qazaxdan çıxacaq, saat 09:58-də Bakıya çatacaq.

Bakı-Gəncə-Bakı «Ekspres» qatarı saat 07:20-də Bakıdan yola düşəcək, saat 14:50-də Gəncəyə çatacaq. Saat 15:30-da Gəncədən yola düşəcək, saat 23:40-da Bakıya çatacaq.

Bakı-Mingəçevir-Bakı «Ekspres» qatarı saat 16:50-də Bakıdan yola düşəcək, saat 00:20-də Mingəçevirə çatacaq, saat 07:45-də Mingəçevirdən yola düşəcək və saat 15:30-da Bakıya çatacaq.

Bakı-Astara-Bakı «Ekspres» qatarı saat 07:40-da Bakıdan yola düşəcək, saat 15:00-da Astaraya çatacaq, saat 15:40-da Astaradan yola düşəcək, saat 23:30-da Bakıya çatacaq.

Bundan başqa, Bakı-Tbilisi-Bakı sürət qatarının hərəkət cədvəlində də dəyişikliklər edilib. Belə ki, Bakı-Tbilisi-Bakı sürət qatarı saat 21:20-də Bakıdan yola düşəcək, saat 13:25-də Tbilisiyə (Tbilisi vaxtı ilə) çatacaq. Saat 18:00-da Tbilisidən çıxan qatar saat 11:05-də Bakıya çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR