Azərbaycanın rayonlarına mətbəxi və xidmətçiləri olan avtobuslar işləyəcək - FOTO

Azərbaycanın rayonlarına mətbəxi və xidmətçiləri olan avtobuslar işləyəcək - <font color=red>FOTO</font>
# 11 mart 2011 13:19 (UTC +04:00)
Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtda və regionlarda sərnişindaşıma sahəsində aparılan islahatların davamı olaraq 3 modeldə 52 ədəd iri və orta tutumlu avtobus gətirilib.

25 (+14), 28 (+14) yerlik orta tutumda və 50 (+2) yerlik iri tutumda olan yeni “TEMSA” markalı avtobuslar Türkiyə istehsallıdır. Yeni avtobusların əsasən rayonlararası sərnişindaşımada istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda Nəqliyyat Nazirliyi həmin avtobusların hansı xətt üzrə reysə buraxılacağını müəyyənləşdirir.

Qeyd edək ki, 50 (+2) yerlik iri tutumlu avtobuslarda sərnişinlərin rahatlığı üçün hər şərait var. Monitordan, kondisionerdən, lazımi mətbəx avadanlıqları - soyuducu, çay dəstindən əlavə, avtobuslarda ayaqyolu da quraşdırılıb. Bundan əlavə, yeni avtobuslarda təyyarələrdə olduğu kimi, sərnişinlərə xidmət göstərən şəxslər də işləyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR