Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları keçirir

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları keçirir
# 18 mart 2011 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) təsərrüfat malları (I lot), dəftərxana malları (II lot), katric və digər azqiymətli malların satın alınması (III lot) ilə bağlı kotirovka sorğuları keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğularda iştirak etmək istəyənlər müvafiq sənədləri aprel ayının 7-dək AMB-nin inzibati binasına təqdim edə bilərlər. Zərflər isə aprelin 8-də açılacaq.

Qeyd edək ki, sorğuda iştirak haqqı I lot üzrə 30 manat, II və III lotlar üzrə isə 40 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR