İyunda Bakı-Karlovı Varı aviareysi açılacaq

İyunda Bakı-Karlovı Varı aviareysi açılacaq
# 28 mart 2011 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Avropanın kurort şəhərlərinin birinə birbaşa sərnişin aviareysi açacaq.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyun ayının 5-dən etibarən Bakı-Karlovı Varı (Çexiya) marşrutu ilə uçuşlara başlanacaq: «Sözügedən marşrut üzrə uçuşlar hər həftənin VII günləri saat 11:50-də «Airbus-319» təyyarəsi ilə həyata keçiriləcək. Hər iki istiqamətdə bir aviabiletin qiyməti təxminən 450 manat təşkil edəcək».

Qeyd edək ki, hazırda AZAL Çexiyanın Praqa şəhərinə birbaşa sərnişin aviareysləri yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR