Azərbaycan paytaxtında Əl Oyunları Sarayı ilə Gəmi Təmiri Zavodu arasındakı yararsız tikililər söküləcək

Azərbaycan paytaxtında Əl Oyunları Sarayı ilə Gəmi Təmiri Zavodu arasındakı yararsız tikililər söküləcək
# 30 mart 2011 11:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tender elanına əsasən, bu ərazidəki yararsız tikililərin sökülməsi, istifadə üçün yararlı olan əmlakın ayrıca anbarlaşdırılması, ərazinin tullantılardan təmizlənməsi, eləcə də, ərazidə olan mövcud kommunikasiya xətlərinin müvafiq qaydada razılaşdırılaraq demontajı nəzərdə tutulub.

Tenderdə iştirak haqqı 1000 manat nəzərdə tutulub. Tender təkliflərinin qiymətləndirilməsində görüləcək işlərin minimal qiyməti, iddiaçının müvafiq icra potensialına malik olması və oxşar işlərdə təcrübəsi, işlərin icra müddəti əsas götürüləcək.

Elana əsasən, tender təklifləri aprelin 28-dək Tender Komissiyasına təqdim edilməlidir. Zərflərin açılışı aprelin 29-da Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR