Bakı-Lənkaran aviareysi təxirə salınıb

Bakı-Lənkaran aviareysi təxirə salınıb
# 05 aprel 2011 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) bu gün Bakı-Lənkəran aviareysini təxirə salıb.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, saat 09:30-da Bakı-Lənkəran marşrutu üzrə yerinə yetirilməsi planlaşdırılan aviareys sərnişinlərin azlığı səbəbindən təxirə salınıb: «Sözügedən marşrut üzrə növbəti uçuşlar cədvələ əsasən, bu həftənin V və VII günləri saat 16:00-da həyata keçiriləcək».

Qeyd edək ki, Bakı-Lənkran aviareysi 2008-ci ilin noyabr ayında açılıb. Hər iki istiqamətə bir aviabiletin qiyməti 82 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR