İordaniya şirkətləri Azərbaycanın tikinti sektoruna investisiya yatırmaq niyyətindədir

İordaniya şirkətləri Azərbaycanın tikinti sektoruna investisiya yatırmaq niyyətindədir
# 06 aprel 2011 08:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Aprelin 12-13-də Bakıda İordaniya-Azərbaycan inşaat forumu keçiriləcək. «APA-Economics»in məlumatına görə, İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin təşkil etdiyi forumda bu ölkədən 16 inşaat şirkətinin, eləcə də İordaniya İnşaatçılar Assosiasiyası nümayəndələrinin iştirakı gözlənilir. Tədbir təşkilatçılarının məlumatına görə, forumda İordaniyanın sənaye və ticarət naziri Hani əl-Mülkinin də iştirakı gözlənilir.

İlkin məlumatlara görə, İordaniyanın inşaat şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən tikinti, dizayn, memarlıq sahəsində keçirilən tenderlərdə iştirak etmək niyyətindədir. İordaniyalı iş adamları xüsusilə Bakıda həyata keçirilən «Ağ şəhər» layihəsində iştirakda maraqlıdırlar. Bundan başqa, qonaqlar forumda azərbaycanlı iş adamları ilə birgə investisiya imkanlarını da müzakirə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR