Azərbaycan insanın kosmosa ilk uçuşunun 50 illiyinə həsr edilmiş poçt markaları buraxıb

Azərbaycan insanın kosmosa ilk uçuşunun 50 illiyinə həsr edilmiş poçt markaları buraxıb
# 07 aprel 2011 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş üç markadan ibarət poçt vərəqi buraxıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 20 qəpik nominal dəyərli markada Beynəlxalq Kosmik Stansiya təsvir edilib, 50 qəpik nominal dəyərli ikinci markada isə Y.Qaqarinin ilk kosmik uçuşu həyata keçirdiyi «Vostok-1» kosmik gəmisi həkk olunub.

Vərəqin üçüncü markasında görkəmli azərbaycanlı rəssam Tahir Salahovun «Sənə bəşəriyyət!» adlı əsəri təsvir olunub. Bu markanın nominal dəyəri isə 1 manat təşkil edir.
Poçt vərəqinin tirajı 25 min ədəddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR