Güclü külək Lerik rayonunda 100-ə yaxın yaşayış məntəqəsini işıqsız qoyub

Güclü külək Lerik rayonunda 100-ə yaxın yaşayış məntəqəsini işıqsız qoyub
# 09 aprel 2011 15:14 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Ötən gecədən ölkə ərazisində başlayan güclü külək Lerik rayonunun enerji təsərrüfatına ciddi ziyan vurub. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Habil Məlikovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, külək 35 kV-luq Lənkəran-Hamarat-Lerik və Masallı-Telavar-Lerik hava xətlərində qəzaların baş verməsinə səbəb olub. Nəticədə, rayonun 100-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. H.Məlikov daxili imkanlar hesabına təbii fəlakətin nəticələrinin aradan qaldırıldığını, aprelin 9-da saat 17:00 radələrinədək rayonda elektrik enerjisinin verilişinin tam bərpa olunduğunu bildirib. Rayon FHK sədrinin sözlərinə görə, küləyin ictimai və fərdi yaşayış binalarına ziyan vurması barədə komissiyaya hələlik hər hansı bir məlumat daxil olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR