AZAL Bakı-Ankara marşrutu ilə aviareyslərin sayını artırır

AZAL Bakı-Ankara marşrutu ilə aviareyslərin sayını artırır
# 14 aprel 2011 08:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) may ayından etibarən Bakı-Ankara marşrutu üzrə aviareyslərin sayını artıracaq. Bu barədə «APA-Economics»ə AZAL aviaşirkətindən bildirilib.

«Əgər hazırda sözügedən marşrut üzrə uçuşlar hər həftənin I və IV günləri saat 10:30-da yerinə yetirilirsə, mayın 7-dən etibarən Bakıdan Ankaraya aviareys həftənin VI günləri də eyni vaxtda həyata keçiriləcək», - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, sözügedən aviareys «Airbus A-319» avialayneri ilə yerinə yetirilir. Bu marşrut üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 365 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR