Bakı Metropolitenində sərnişindaşıma 15% artıb

Bakı Metropolitenində sərnişindaşıma 15% artıb
# 20 aprel 2011 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı Metropolitenindən 15,4 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edənlərin sayı 15% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında metrodan 43,7 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 2,5% azdır.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR