Dünyanın ən nəhəng mobil operatorunun abunəçilərinin sayı 600 mln. nəfəri keçib

Dünyanın ən nəhəng mobil operatorunun abunəçilərinin sayı 600 mln. nəfəri keçib
# 21 aprel 2011 13:09 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən nəhəng mobil operatoru olan “China Mobile”nin abunəçilərinin sayı 600 mln. nəfəri keçib. “APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, şirkət bununla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, cari ilin ilik üç ayı ərzində “China Mobile” abunəçilərinin sayı 16,8 mln. nəfər artaraq 600,841 mln. nəfərə çatıb. Artımda əsas rolu Çinin kənd rayonları oynayıb.

Hesabat dövründə şirkətin əməliyyat gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 118,172 mlrd. yuan (18 mlrd. dollardan çox) təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ABŞ-ın ən böyük mobil rabitə operatoru olan “AT&T” şirkətinin abunəçilərinin sayı 130 mln. nəfərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR