Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Azərbaycanın nəqliyyat naziri ilə görüşüb

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Azərbaycanın nəqliyyat naziri ilə görüşüb
# 25 aprel 2011 15:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşüb.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Z.Məmmədov son illər Azərbaycanın inkişafı, iri miqyaslı islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb və qeyd edib ki, hazırda Azərbaycan siyasi sabitliyi qoruyub saxlamaqla paralel olaraq iqtisadi dirçəlişinə görə də artıq lider dövlətlərdən biridir. Nəqliyyat sektorunu əhatə edən bütün sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nəqliyyat naziri bu istiqamətdə Gürcüstanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Öz növbəsində V.Kobaliya nəqliyyat sektorunun bütün sahələri üzrə, xüsusilə də dəmir yolu və avtomobil yolları sahəsində Gürcüstan-Azərbaycan əlaqələrinin genişləndiril¬mə¬sin¬də maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı Azərbaycan və Gürcüstan respublikaları arasındakı əlaqələrin inkişafından, tranzit yüklərin daşınma potensialından, Bakı-Tiflis-Qars yeni dəmir yolunun tikintisi işlərinin gedişindən və digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR