“Ford” son 13 ilin ən yaxşı rübünü geridə qoyub

“Ford” son 13 ilin ən yaxşı rübünü geridə qoyub
# 27 aprel 2011 09:00 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Ford Motor” avtomobil şirkəti cari ilin I rübünün yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

APA-Economics”in xəbərinə görə, “Ford”un xalis mənfəəti I rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 2,1 mlrd. dollardan 2,6 mlrd. dollara yüksəlib. Bu isə o deməkdir ki, 2011-ci ilin yanvar-mart ayları 1998-ci ildən bəri ən mənfəətli rüb sayılır.

Hesabat dövründə şirkətin vergiyə qədərki əməliyyat mənfəəti 41% artaraq 2,84 mlrd. dollara çatıb. Bir il əvvəl bu göstərici 2,01 mlrd. dollar olub. Bu zaman “Ford”un gəliri 18% artaraq 28,1 mlrd. dollardan 33,1 mlrd. dollara yüksəlib. “Ford” avtomobillərinin satış həmi isə 12% artaraq 1,253 mln. ədəddən 1,403 mln.-a çatıb.

Qeyd edək ki, 1903-cü ildə yaradılan “Ford Motor” şirkəti dünyanın müxtəlif ölkələrində 70 müəssisəyə malikdir. Şirkətin işçilərinin ümumi sayı 164 min nəfərə çatır. “Ford Motor” “Lincoln”, “Mercury” və “Ford” markalı avtomobillər buraxır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR