“Bakcell” 3G texnologiyası üzrə xidmətlərə yayda başlaya bilər

“Bakcell” 3G texnologiyası üzrə xidmətlərə yayda başlaya bilər
# 05 may 2011 12:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Bakcell” şirkəti 3G lisenziyası almaq üçün bütün tələb olunan sənədləri toplayaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin baş kommersiya direktoru Krasimir Genov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda şirkətin bununla bağlı lisenziya alması gözlənilir: «Yay aylarında bu xidmətlərə başlaya biləcəyik». K.Genov şirkətin texniki cəhətdən bu xidmətlərin göstərilməsinə hazır olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR