İsrail nümayəndə heyəti Azərbaycanda səfərdədir

İsrail nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 16 may 2011 09:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İsrail rabitə nazirinin müavini Eden Bar Talın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətinə həmçinin İsrailin informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin təmsilçiləri də daxildir.

Bu gün Eden Bar Tal Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüş keçirəcək. Görüşdə Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR