Bu gündən Bakı-Antalya aviareysi bərpa olunub

Bu gündən Bakı-Antalya aviareysi bərpa olunub
# 27 may 2011 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mösümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) bugündən etibarən Bakı-Antalya marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edib.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar yaxın dörd ay ərzində davam edəcək: «Mayın 27-dən iyunun 25-dək Bakıdan Antalyaya uçuşlar hər həftənin II, V və VII günləri saat 11:10-da həyata keçiriləcək. İyunun 25-dən isə uçuşlar yenə də həftədə 3 dəfə, lakin III, IV və VI günləri eyni vaxtda yerinə yetiriləcək. Bu uçuş cədvəli avqustun 4-dək qüvvədə olacaq. Avqustun 4-dən başlayaraq uçuşlar həftənin I, III və VI günləri saat 12:30-da həyata keçiriləcək. Ümumiyyətlə, Bakı-Antalya-Bakı aviareysi mövsümi xarakter daşıyır və bu marşrut üzrə uçuşlar sentyabrın 30-dək yerinə yetiriləcək».

Qeyd edək ki, sözügedən marşrut üzrə uçuşlar «Boeing-757» avialayneri ilə həyata keçirilir. Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 535 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR