Azərbaycanda Milli Sertifikatlaşdırma Mərkəzi yaradılıb

Azərbaycanda Milli Sertifikatlaşdırma Mərkəzi yaradılıb
# 01 iyul 2011 08:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda Milli Sertifikatlaşdırma Mərkəzi yaradılıb. “APA-Economics”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, artıq istənilən dövlət orqanı elektron imzaların alınması ilə bağlı mərkəzə müraciət edə bilər.

“Ölkədə elektron xidmətlər portalının yaradılması nəzərdə tutulur. Bu portalda dövlət qurumlarının göstərdiyi bütün xidmətlər və onlardan istifadə barədə məlumatlar əksini tapacaq” - deyə nazir müavini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR