Bakının Qaradağ rayonunun su təchizatında fasilələr yaranacaq

Bakının Qaradağ rayonunun su təchizatında fasilələr yaranacaq
# 01 iyul 2011 15:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qaradağ rayonunun Sahil qəsəbəsi və Səbail rayonunun “20-ci sahə” yaşayış massivində əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür magistral kəmərindən yeni xətlər çəkilir. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Bildirilib ki, xətlərin kəmərə birləşdirilməsi işləri ilə əlaqədar iyulun 1-i axşam saatlarından Kürdən Bakıya su ötürən 3 magistral xəttin biri ilə su verilişi müvəqqəti dayandırılacaq.

“Azərsu” ASC istehlakşıların nəzərinə çatdırır ki, xətlərin qoşulması ilə əlaqədar iyulun 1-i və 2-də Hacıqabul rayonunun yaşayış məntəqələrinin, Səngəçal, Sahil, və Xocasən qəsəbələrinin bir hissəsinin içməli su təminatında məhdudiyyətlər olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR