Azərbaycandan Ukraynaya yeni aviareys açılıb

Azərbaycandan Ukraynaya yeni aviareys açılıb
# 04 iyul 2011 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İvano-Frankovsk – Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysi istifadəyə verilib. Bu barədə «APA-Economics»ə sözügedən aviareysi yerinə yetirən Ukraynanın «Aerosvit» şirkətinin Bakıdakı ofisindən məlumat verilib.

«İvano-Frankovsk – Bakı marşrutu üzrə uçuşlara bu gündən etibarən başlanılıb. Uçuşlar hər həftənin I günləri İvano-Frankovskdan yerli vaxtla saat 09:00-da, Bakıdan isə saat 15:50-də yerinə yetiriləcək», - deyə şirkətdən bildirilib.

Sözügedən marşrut üzrə hər iki istiqamətdə aviabiletin minimal qiyməti 420 manat təşkil edir. Uçuşlar «Boeing» tipli avialaynerlə həyata keçirilir.

Qeyd edək ki, hazırda Azərbaycanla Ukrayna arasında Bakı-Kiyev, Bakı-Donetsk və Bakı-Simferopol marşrutları üzrə də aviareyslər yerinə yetirilir. İyulun 6-da isə Bakı-Odessa aviareysinin istismara verilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR