Yeni taksilərdə gediş haqqı endirilib

Yeni taksilərdə gediş haqqı endirilib
# 04 iyul 2011 13:29 (UTC +04:00)
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, əhalinin çoxsaylı müraciətini nəzərə alaraq, Bakıda istismar olunan yeni taksilərdə 1 km məsafə üçün gediş tarifləri aşağı salınıb. Qiymətlərdə əsas dəyişiklik 10 km-dən sonra başlayır. Nəticədə, hazırda 10 km məsafəyə kimi 1 km üçün gediş tarifi 70 qəpik, 10-20 km məsafədə hər 1 km üçün 40 qəpik, 20 km-dən artıq məsafənin 1 km-i üçün isə 20 qəpik müəyyənləşdirilib.

«Bu qiymətlərlə müştərilərə həm yaxın, həm də uzaq məsafələrə bu taksilərdən istifadə etmək daha sərfəli olacaq», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, hətta qiymət endirimindən sonra yeni taksilərlə respublikanın digər şəhər və rayonlarına getmək mümkün olmayacaq. Şirkətin rəhbəri Rauf Orucov «APA-Economics»ə açıqlamasında bildirib ki, bu avtomobillər yalnız Bakı hüdudlarında xidmət göstərmək üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR