Bakıda qanunsuz tullantı sahələri aşkar edilib

Bakıda qanunsuz tullantı sahələri aşkar edilib
# 13 iyul 2011 07:37 (UTC +04:00)
Bakı - APA-Economics. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və “Təmiz Şəhər” ASC tərəfindən yaradılmış İşçi Qrup son bir ayda paytaxtın Xəzər, Səbail, Binəqədi, Sabunçu və Suraxanı rayonları ərazisində keçirdiyi reydlər nəticəsində onlarla qeyri-qanuni tullantı sahələri aşkarlanıb, onların ləğv edilməsi barədə aidiyyəti qurumlara xəbərdarlıq edilib və məcburi göstərişlər verilib.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda İşçi Qrup tərəfindən Bakı şəhərinin Suraxanı rayonunun 6 qəsəbəsində (Qaraçuxur, Əmircan, Bülbülə, Hövsan, Yeni Suraxanı, Zığ) keçirilmiş reydlər zamanı sahəsi 200 m2-dən böyük olan 12 qeyri-qanuni tullantı sahəsi aşkarlanıb və bu ərazilərin tez bir zamanda təmizlənməsi üçün aidiyyəti qurumlara xəbərdarlıq edilərək məcburi göstərişlər verilib.

Ümumiyyətlə, indiyədək İşçi Qrupun Bakı şəhərinin müxtəlif rayonlarında keçirdiyi reydlər nəticəsində qeydə alınmış sahəsi 200m2 böyük olan 116 qeyri-qanuni tullantı sahələrindən 23-ü təmizlənib, 60 min m3-dən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınaraq “Təmiz Şəhər” ASC-yə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR