Azərbaycanda regional innovasiya zonasının yaradılması barədə yeni təkliflər hazırlanıb

Azərbaycanda regional innovasiya zonasının yaradılması barədə yeni təkliflər hazırlanıb
# 13 iyul 2011 10:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın İKT sektoru hər 3 ildə 2 dəfə genişlənir və ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna bilər.

APA-Economics”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, bu məqsədə çatmaq üçün nazirlik, ekspertlər qrupu və məsləhətçi şirkət tərəfindən təkliflər paketi hazırlanıb. Təkliflərin əsasını ölkədə yüksək texnoloji tutumlu məhsul və xidmətlər istehsal edən regional innovasiya zonasının yaradılması təşkil edir. Ötən dövr ərzində təkliflər paketi yenidən təhlil edilərək sadələşdirilib, daxili və xarici sərmayələri cəlb etməklə ixracı və istehsalı stimullaşdıran rejimlə əvəz edilib. Yaxın vaxtlarda bu təkliflər dövlət başçısına təqdim olunacaq.

Nazirlik İKT məhsullarını ölkədən ixracının asanlaşdırılmasını da vacib sayır. Ə.Abbasovun sözlərinə görə, ölkədə İKT məhsul və xidmətlərinə tələbat artsa da, Azərbaycan öz coğrafi və demoqrafik ölçülərinə görə çox da böyük ölkə deyil: «Nəticədə Azərbaycan şirkətləri və inkişafa olan arzumuz artıq bu ölçülərə sığmır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR