Azərbaycanda hər 100 nəfərə 105 mobil telefon düşür

Azərbaycanda hər 100 nəfərə 105 mobil telefon düşür
# 16 iyul 2011 08:21 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu gün keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

Nazir 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda qeyd edib ki, artım tendensiyası 6-7 ildir ki, davam edir: “Yəni Azərbaycanın İKT sektoru hər 3 ildən bir 2 dəfə genişlənir”.

Ə.Abbasovun sözlərinə görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda stasionar telefon sisteminin elektronlaşması başa çatıb, mobil telefon sektorunda xidmətlər genişlənib: Hazırda Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon aparatı düşür”.

Nazir həmçinin qeyd edib ki, hesabat dövründə mobil sektorda xidmətlər 30%, həmçinin rouminq qiymətləri istiqamətlər üzrə 20-30% aşağı düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR