Azərbaycanda iki ildən sonra analoq televiziya yayımı tamamilə dayandırılacaq

Azərbaycanda iki ildən sonra analoq televiziya yayımı tamamilə dayandırılacaq
# 16 iyul 2011 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin bu gün keçirilən kollegiya iclasında bildirib.

Ə. Abbsovun sözlərinə görə, rəqəmsal televiziya tətbiq edildikdən sonra Azərbaycanda analoq televiziya yayımı tamamilə dayandırılacaq və bütün yayım rəqəmsal sistemlə həyata keçiriləcək. «Hazırda əhalinin yalnız 60-%-i rəqəmsal televiziyadan istifadə edə bilər. Biz bu faiz göstəricisini 100%-dək çatdırmaq niyyətindəyik. Rəqəmsal sistem tətbiq edildikdən sonra 10-12 televiziya proqramçı Azərbaycanın bütün ərazisinə yayımlanacaq»,- deyə nazir qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR