Bu ilin I yarısında Azərbaycanın İKT sektoruna 61 mln. manatdan artıq investisiya yatırılıb

Bu ilin I yarısında Azərbaycanın İKT sektoruna 61 mln. manatdan artıq investisiya yatırılıb
# 16 iyul 2011 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,8% artaraq 591,8 mln. manat təşkil edib.

«APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vəli Zeynalov nazirliyin bu gün keçirilən «2011-ci ilin I yarım illiyinin yekunları haqqında» kollegiya iclasında bildirib.

V.Zeynalovun sözlərinə görə, artım tempi İKT sektorunda 15,6%, o cümlədən telekommunikasiya sektorunda 10,6%, İT sektorunda 2 dəfə informasiya sistemində isə 23% təşkil edib: «Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 67%-ni mobil operatorların payına düşməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə artım 5,6% təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 76,2%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,8% təşkil edib».

V.Zeynalov hesabat dövründə ölkənin rabitə sisteminin müasir standartlara çatdırılması və müasir texnologiyaların tətbiqi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 61,4 mln. manat həcmində investisiya qoyuluşu həyata keçirildiyini bildirib: «Ümumilikdə, bu il ərzində RİTN-ə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına 32 mln. manat vəsait nəzərdə tutulub və bunun da artıq bir hissəsi maliyyələşdirilib. Bu ilin 6 ayı ərzində ümumilikdə İKT, informasiya və poçt sektoruna 95,8 mln. manat həcmində investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Bu sektora qoyulan investisiyalar ölkə iqtisadiyyatına qoyulan investisiyaların 2,1%-ni təşkil edir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR