Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşıma son bir ildə 2% azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşıma son bir ildə 2% azalıb
# 20 iyul 2011 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 10,5 mln. ton yük daşınıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edək ki, hesabat dövründə sözügedən nəqliyyat vasitəsilə daşınmış yüklərin həcmi ötən ilin analoji dövrünə nisbətən 1,9% azalıb.

Orta hesabla sutkada 673 vaqon yüklənib, 434 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 31,7 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton və Cənub istiqaməti üzrə 3 min ton yüklənmə işi yerinə yetirilib. Nəticədə ötən ilin analoji dövrü ilə müqayisədə Şimal istiqaməti üzrə yükləmə işləri 8,9% azalıb, Qərb istiqaməti üzrə 21,8% artıb, Cənub istiqaməti üzrə isə eyni həcmdə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR