“Nokia” böhrandan çıxa bilmir

“Nokia” böhrandan çıxa bilmir
# 22 iyul 2011 10:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Finlandiyanın «Nokia» şirkəti cari ilin ikinci rübünü mənfi göstəricilərlə başa vurub.

APA-Economics”in xəbərinə görə, aprel-iyun aylarında şirkətin itkiləri 487 mln. avro təşkil edib. Halbuki 2010-cu ilin müvafiq dövründə şirkətin mənfəəti 295 mln. avro olub.

Analitiklərin fikrincə, “Nokia”nın smartfon istehsalındakı liderliyi artıq başa çatıb. Şirkətin smartfonları ABŞ-ın “Apple” korporasiyasının məhsulları ilə rəqabətə davam gətirmirlər. Nəticədə ikinci rübdə “Nokia” cəmi 16,7 mln. smartfon sata bilib.

“Nokia”nın icraçı direktoru Stiven Elop maliyyə göstəricilərinin onun üçün kədərli olduğunu etiraf etsə də, bildirib ki, gələcəkdə göstəricilərin daha yaxşı olacağına inanır.

Maliyyə itkiləri “Nokia”nın səhmlərinin qiymətinə də mənfi təsir edib. Son bir ildə şirkətin bazar qiyməti iki dəfə aşağı düşüb. Səhmlərin kəskin ucuzlaşması fevraldan - “Nokia”nın “Microsoft”la əməkdaşlıq edəcəyini elan edəndən sonra başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR