«Azercell» yeni kampaniyaya start verib

«Azercell» yeni kampaniyaya start verib
# 26 iyul 2011 09:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru «Azercell Telecom» şirkəti «Dövlətcell» tarif paketi istifadəçiləri üçün yeni kampaniyaya start verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən «Dövlətcell» istifadəçiləri pulsuz dəqiqələr alacaq.

Yeni kampaniya «Dövlətcell»ilərə 4 saata qədər pulsuz danışıq imkanı yaradır. Belə ki, iyulun 25-dən etibarən fiziki şəxs olaraq «Dövlətcell» tarif paketindən istifadə edən bütün fakturalı xətt nömrələr danışdıqları məbləğə uyğun olaraq müvafiq həcmdə bonus dəqiqələr alacaq. «Azercell» tərəfindən abunəçilərə 5-10 manat məbləğində danışığa görə 60 dəqiqə, 10-30 manat danışığa görə 120 dəqiqə, 30-50 manat danışıq üçün 180 dəqiqə, 50 manat və daha artıq danışığa görə isə 240 dəqiqə pulsuz danışıq vaxtı hədiyyə veriləcək.

Kampaniya cari ilin oktyabrın 25-dək davam edəcək. Kampaniya müddətində fiziki şəxs olan «Dövlətcell» abonentləri həmçinin pulsuz «İzahcell» xidmətini ala biləcək. Belə ki, kampaniyanın davam etdiyi 3 ay ərzində hər faktura dövründə 1 çap edilmiş (və ya e-mail ünvanına göndərilən) «İzahcell» xidməti pulsuz olacaq.

Qeyd edək ki, kampaniya müddətində verilən bonus dəqiqələr növbəti faktura dövrü üçün təqdim olunur və bu dəqiqələr şəbəkədaxili zənglər üçün istifadə edilə bilər. Bonusun istifadə müddəti 1 faktura dövrü qəbul olunur.

Xatırladaq ki, «Dövlətcell» tarif paketi dövlət işində çalışan insanlara əlverişli qiymətə danışmaq imkanı verən tarif paketidir. «Dövlətcell»ilər bir-biri ilə 1 dəqiqə üçün 0,02 manat tarifi ilə danışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR