Azərbaycan zondlama peyklərinin orbitə buraxılması istiqamətində işlər aparır
29 iyul 2011 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda məsafədən zondlama fəaliyyətlərini yerinə yetirən peyklərin orbitə buraxılması istiqamətində işlər aparılır. “APA-Economics”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Ə.Abbasov bildirib ki, bu peyklərin təyinatı kommunikasiya peyklərinin təyinatından fərqlənir: «Zondlama peykləri yer səthinin öyrənilməsi, ekoloji problemlər, fövqəladə hallar, həmçinin digər xüsusi hallar üçün istifadə olunur. Bizim kosmik proqram üzrə bu sahədə işlər aparılır».
Qeyd edək ki, məsafədən zondlama peyklərinin buraxılması layihəsi üzərində RİTN və Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi tərəfindən işlər aparılır. MAKA-dan verilən məlumata görə, bu layihənin dəyəri 300 mln. manatdan artıqdır.

İnfrastruktur
Sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
16:07
14 sentyabr 2024
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb
10:39
14 sentyabr 2024
Hava nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
10:29
14 sentyabr 2024
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 20%-dən çox artıb
10:24
14 sentyabr 2024