«General Motors» yenidən dünyanın ən iri avtomobil istehsalçısı olub

«General Motors» yenidən dünyanın ən iri avtomobil istehsalçısı olub
# 10 avqust 2011 13:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. ABŞ-ın «General Motors» şirkəti dünyanın ən böyük avtomobil şirkəti adını özünə qaytarıb. Cari ilin ilk yarısının nəticələrinə əsasən, Amerika şirkəti dünyada avtomobil satışı üzrə birinci olub. Belə ki, yanvar-iyun ayları ərzində «GM» avtomobil satışının həcminə görə «Toyota»nı geridə qoyub. Hazırda Yaponiya şirkəti martda baş verən zəlzələdən sonra özünə gəlməyə çalışır.

«APA-Economics»in «Bloomberg»ə istinadən verdiyi məlumata görə, bu ilin ilk 6 ayında «GM» bütün dünyada 4,536 mln. avtomobil sata bilib ki, bu da ötən ilin eyni göstəricisindən 8,9% çoxdur. Avtomobil satışı üzrə ikinci yeri «Volkswagen» tutub. Alman şirkəti yarım ildə 4,130 mln. avtomobil satıb. «Toyota» isə həmin dövrdə cəmi 3,710 mln. avtomobil satıb ki, bu da ötən ilə nisbətən 23% azdır. Ekspertlərin fikrincə, yapon şirkəti avtomobil istehsalını hətta bərpa edərsə, satışı artırmaq üçün çox vaxt lazım olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR